"Vatsap" özünün stikerlərini hazırlayacaq - FOTO

26-10-2018, 07:54           
"Vatsap" özünün stikerlərini hazırlayacaq - FOTO
"Vatsap" messenceri özünün stikerləri ilə təchiz olunacaq.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı bildirib.

Qeyd edilir ki, ilk vaxtlar yalnız dizaynerlər tərəfindən hazırlanan standart dəstlərdən istifadə etmək mümkün olacaq. Amma gələcəkdə unikal stikerlər olacaq.

Bunun üçün saytda artıq lazımi parametrlər də yerləşdirilib.

Yeni funksiyanın işə salınması yaxın həftələrdə planlaşdırılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.