ETSN "Qızılağac" Qoruğundakı yanğınla bağlı açıqlama yaydı

26-10-2018, 11:44           
ETSN "Qızılağac" Qoruğundakı yanğınla bağlı açıqlama yaydı
Qızılağac Dövlət Təbiət Qoruğunda dünən axşam saatlarında başlayan yanğın söndürülüb.

Teref.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 25-i saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib:

"Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb".

Bildirilib ki, yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru