Ermənistanda döyüşçü məzarlarının təmir pulları "yeyilib"

26-10-2018, 20:53           
Ermənistanda döyüşçü məzarlarının təmir pulları "yeyilib"
Araşdırma aparılıb və fakt təsdiq edilib

Ermənistanda kənd icra nümayəndəsi döyüşçülərin məzarlarının təmir pullarını mənimsəyib.

Erməni KİV-ləri yazır ki, Armavir vilayətinin Yeğeqnot kənd icra nümayəndəsi 62 yaşlı Razmik Marqaryan döyüşçülərin məzarlarının və yararsız halda olan yolların təmir pullarını mənimsəyib.

2017-2018-ci illər ərzində onun Armavir vilayətində fəaliyyət göstərən bir sıra təsərrüfat sahibləri ilə satınalma və xidmət sahələrinə dair saxta müaqvilələr bağladığı aşkar edilib. Bununla onun kənd icra nümayəndəliyi büdcəsindən külli miqdarda pul mənimsənildiyi məlum olub.

Əldə edilən məlumatlar əsasında araşdırma aparılıb və fakt təsdiq edilib. Kənd icra rəhbəri 1 milyon 900 min dramı (6662 AZN) müqavilə bağladığı təsərrüfat sahiblərinə versə də, daha sonra 1 milyon 700 dram (5961 AZN) vəsaiti geri alıb və mənimsəyib.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.