Bakıda 29 yaşlı kişini kürəyindən bıçaqlayıb QAÇDILAR

27-10-2018, 00:00           
Bakıda 29 yaşlı kişini kürəyindən bıçaqlayıb QAÇDILAR
Bakıda bıçaqlanma hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elnur Əli oğlu 1982-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Samir Vidadi oğlu tərəfindən kürəyindən bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

S.Məmmədov hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayonunun 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.