Arvadının meyitini canlı sərnişin kimi təqdim etdi - İNANILMAZ... + FOTO

27-10-2018, 11:52           
Arvadının meyitini canlı sərnişin kimi təqdim etdi - İNANILMAZ... + FOTO
Moderator.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiyadan Ukraynaya sərhəd-keçid məntəqəsində kişi arvadının meyitini canlı sərnişin kimi təqdim etməyə çalışıb.

Məlumata görə insident Xarkov vilayətinin “ Qoptovka” buraxılış məntəqəsində baş verib. Rusiya dövlət qeydiyyat nömrəli Ford avtomobili Ukraynaya keçmək istəyib. Sükan arxasında Rusiya vətəndaşı kişi olub, öndəki sərnişin yerində isə Ukrayna vətəndaşı olan oğlu əyləşib. Avtomobilə baxış zamanı arxa oturacaqda canlı adam kimi təhlükəsizlik kəməri ilə bağlanmış qadın meyiti aşkar olunub.

Sonra məlum olub ki, qadın sürücünün arvadıdır. O sərhədçilərə ölüm şəhadətnaməsi təqdim edib və bildirib ki, oğlunun xahişi ilə anasını Ukraynanın Zaporojye şəhərində dəfn etmək istəyirlər. Qəribədir ki, Rusiya sərhədçiləri buraxılış məntəqəsində meyiti “görməyiblər”. Ukrayna sərhədçiləri meyitin Ukrayna ərazisinə keçirilməsində heç bir problem olmadığını deyib avtomobili ölkəyə buraxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru