Xırdalanda yanacaqdoldurma məntəqəsində QANLI HADİSƏ

28-10-2018, 11:24           
Xırdalanda yanacaqdoldurma məntəqəsində QANLI HADİSƏ
Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Şamaxı rayonunun Şərədil kənd sakini olan 1998-ci il təvəllüdlü Mikayılov Elməddin İdris oğlu “Tosoil” yanacaqdoldurma məntəqəsinin yanında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 20 yaşlı oğlanı bıçaqlayaraq “İPhone 6” markalı telefonunu alıb.

Quldurluq edən şəxs qaçıb. E.Mikayılov isə xəstəxanaya yerləşdirilib. Zərərçəkən bildirib ki, ona hücum edən şəxsi üzdən tanıyır və adı Məhəmməddir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru