Kanadada milli lotereyanın 45,7 milyon dollarlıq cekpotu oynanılıb

29-10-2018, 07:50           
Kanadada milli lotereyanın 45,7 milyon dollarlıq cekpotu oynanılıb
Kanadanın "Lotto Max" milli lotereyasının 45,7 milyon dollarlıq cekpotu oynanılıb.

Trend-in məlumatına görə, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 2,3,4,8,9,20 və 30. Bonus-rəqəm - 45".

Bildirilir ki, hazırda biletin Kanadanın mərkəzi əyalətlərindən birində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.