Keçmiş məhkumu yandırdılar - Qusarda

30-10-2018, 08:01           
Keçmiş məhkumu yandırdılar - Qusarda
Qusarda keçmiş məhkumun yanmış meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun Qayakənd kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Mahmudov Bəhram Bəgəli oğlunun meyiti yaşadığı evdən tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş, tüfeyli həyat tərzi keçirən, içki aludəçisi olan B.Mahmudov özünə məxsus yarımtikilidə tək yaşayırmış. B.Mahmudovun yaşadığı yarımtikilidə bir neçə gün əvvəl yanğın baş verib və o yanğın nəticəsindən ölüb.

Qohumları onun meyitini sol qolu yanmış kəskin iylənmiş vəziyyətdə aşkarlayıb. Meyitin üzərində xəsarət və zorakılıq izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.