Prezidentin başçı təyin etdiyi jurnalist KİMDİR?

30-10-2018, 16:52           
Prezidentin başçı təyin etdiyi jurnalist KİMDİR?
Prezident Ilham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Axar.az xəbər verir ki, T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

Bundan öncə isə T.Məmmədov İctimai Televiziyada çalışıb.

Xatırladaq ki, prezidentin sərəncamı bu gün ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru