Qəzaya uğrayan təyyarədəki son selfi

31-10-2018, 07:46           
Qəzaya uğrayan təyyarədəki son selfi
Bazar ertəsi qəzaya uğrayan İndoneziyaya məxsus “Boinq 737” təyyarəsinin sərnişini hadisədən bir neçə dəqiqə əvvəl həyat yoldaşına öz selfisini çəkərək göndərib.

Axar.az xəbər verir ki, sərnişin Deril Fida Febrianto reysi gözləyərkən arvadı ilə yazışıb və daha sonra təyyarə havaya qalxarkən öz fotosunu ona göndərib.

Bu, onun son mesajı olub. Təxminən 13 dəqiqə sonra təyyarə radarlardan itib.

“Mən xəbərləri görəndə reysin nömrəsi ilə Derilin mənə göndərdiyi təyyarə biletinin fotosunu müqayisə etdim və ağladım”, - deyə Lutfiani Eka Putri deyib.

Xatırladaq ki, qəza bazar ertəsi baş verib və təyyarədə olan 189 sərnişindən heç kim sağ qalmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru