Bakıda daha bir avtomobil sürücüsündən əhaliyə qarşı hörmətsizlik - FOTO

1-11-2018, 09:48           
Bakıda daha bir avtomobil sürücüsündən əhaliyə qarşı hörmətsizlik - FOTO
Son vaxtlar Bakının müxtəlif küçələrində piyada səkilərində quraşdırılmış panduslardan keçməklə avtomobilini park edən sürücüərə rast gəlinir.

Publika.az xəbər verir ki, nəqliyyat vasitəsini piyadaların hərəkət zolağında saxlayaraq əhaliyə açıq-aşkar hörmətsizlik edən bu sürücülərdən birinin avtomobilinin fotoları sosial şəbəkələrdə paylaşılıb. Məlum olub ki, Nəsimi rayonu ərazisində 99-GG-969 qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobil sürücü tərəfindən səkidə saxlanılıb və saatlarla orada qalıb.

Qeyd edək ki, bu kimi hallarla bağlı Bakı Nəqliyyat Agentliyi aktiv iş aparır və vaxtaşırı maarifləndirici sosial çarxlar hazırlayaraq yayır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru