Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib - “Shacman” “VAZ”ın üstünə çıxdı: Ölənlər var

3-11-2018, 09:58           
Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib - “Shacman” “VAZ”ın üstünə  çıxdı: Ölənlər var
Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az FHN-ə istinadən xəbər verir ki, rayonunun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobili “VAZ” markalı minik avtomobili ilə toqquşub. Nəticədə sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlu və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızı ölüb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru