Arının sancdığı hamilə qadının vəziyyəti ağırlaşdı - Sumqayıtda

4-11-2018, 00:17           
Arının sancdığı hamilə qadının vəziyyəti ağırlaşdı - Sumqayıtda
Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.

Teref.az "Report"a istinadən bildirir ki, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.

Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.