İsveçdə atışma olub, xəsarət alanlar var

5-11-2018, 07:29           
İsveçdə atışma olub, xəsarət alanlar var
İsveçdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən atışma olub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə Myolnlyukke şəhərində baş verib.

Məlumata görə, hadisə əyləncə mərkəzindən kənarda keçirilən şənlik mərasimində qeydə alınıb. Atışma zamanı 8 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar 13 nəfəri saxlayıblar. Atışmanın təfərrüatları məlum deyil. Lakin hadisənin iki motosikletçi qrup arasında baş verdiyi ehtimal edilir. Onlardan birinin "Cəhənnəm mələkləri" motosikletçi klubu ilə bağlılığı güman olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru