Fransada bina uçması nəticəsində 9 nəfər itkin düşüb
6-11-2018, 08:15
Fransada yaşayış evinin uçması nəticəsində 9 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, hadisə Marsel şəhərinin mərkəzində baş verib.
"France Info" portalının məlumatına görə, söhbət ümumi divarı olan 63 və 65 nömrəli binalardan gedir. Onlardan birinin qəza vəziyyətində olduğu və sakinlərin oradan köçürüldüyü bildirilir.
Ölkə prezidenti Emmanuel Makron, öz növbəsində, hadisə ilə bağlı Marsel sakinləri ilə həmrək olduğunu bildirib.