"Cinayətkarların tapılacağına ümid edirəm" - Pərviz Həşimli

6-11-2018, 11:35           
"Cinayətkarların tapılacağına ümid edirəm" - Pərviz Həşimli
Xəbər verdiyimiz kimi, jurnalist Pərviz Həşimlinin mənzilindən oğurluq edilib.

Pərviz Həşimlinin sözlərinə görə, mənzildən komputer, printer, süvenirlər və digər əşyaları oğurlayıblar. Mənzilə daxil olan naməlum şəxslər evdə olan ehtiyat açarları da özləri ilə aparıblar.

Modern.az-ın məlumatına görə, Pərviz Həşimli oğruların tapılacağına ümid edir.

“Mənzilimdəki qarətlə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsində əməliyyat -istintaq tədbirləri başlayıb. Bu cinayət faktı Daxili İşlər Naziriyi rəhbərliyinin nəzarətindədir. Belə ki, hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyindən ayrıca qrup polis bölməsində olub. Mənimlə və bölmə rəisi ilə söhbətdən sonra mənzilimə baxış keçirilib.
Müəyyən izlər götürülüb. Cinayətkarların tapılacağına ümid edirəm”, - Pərviz Həşimli deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru