Millət vəkilinin general oğlu vəzifəsindən azad edildi - Səfər Mehdiyevin əmri ilə...

6-11-2018, 12:50           
Millət vəkilinin general oğlu vəzifəsindən azad edildi - Səfər Mehdiyevin əmri ilə...
Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.

Teref.az "qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, İ. Ələkbərova qədər bu posta general-mayor Vurğun Süleymanov rəhbərlik edirdi.

***

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Süleymanov 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru