Rusiyada 40-dan çox uşağı qətlə yetirən manyak ölüb - FOTO

8-11-2018, 06:28           
Rusiyada 40-dan çox uşağı qətlə yetirən manyak ölüb - FOTO
Rusiyada 40-dan çox uşağı öldürmüş ukraynalı manyak, silsilə qətllər törətmiş Sergey Tkaç 66 yaşında ölüb.

Bu barədə "Report" TSN-ə istinadən xəbər verir.

Bildirilir ki, o, Jitomirks həbsxanasında ürək çatışmazlığından vəfat edib. Əslən Kemerovo vilayətindən olan Tkaç öz cinayətlərini Krım, Zaporojye, Xarkov və Dneprpetrovsk vilayətlərində həyata keçirib.

Təhqiqatçıların və kriminalistlərin sözlərinə görə, o, 1984-2005-ci illərdə 55 dəfə xüsusi amansızlıqla cinayətlər törədib. Bunlar qətllər, öldürmək üçün adam oğurluğu, zorakılıq və bu məqsədlə insan oğurluğudur. O, bu əməllərinə görə azadlıqdan ömürlük məhrum edilib.

Qatilin qurbanları daha çox yeniyetmə qızlar olub.

Manyak özü isə qurbanlarının dəqiqi sayını bilmədiyini, bu rəqəmin hətta 60-dan çox ola biləcəyini etiraf edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru