Mer həbs olundu – Şəhər büdcəsini talamaqda ittiham olunur
8-11-2018, 07:27
Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın müvəqqəti meri Əbusupyan Həsənov həbs edilib. “TASS” xəbər verir ki, Ə. Həsənov vəzifə səlahiyyətlərini aşaraq şəhər büdcəsini talamaqda ittiham olunur. Respublikanın güc strukturlarının yaydığı məlumatda belə deyilir.
Bununla yanaşı, Federal Təhlükəsizlik Xidməti meriyada axtarış aparıb.