ATU-nun Tədris Cərrahiyyə Klinikasında vergi yoxlamaları başlayıb 8-11-2018, 11:05 Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb. “Report”un əldə etdiyi məlumata görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir. Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir. Facebook-da paylaş