Konqoda Ebola virusundan ölənlərin sayı 200-ü keçib
11-11-2018, 09:46
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma halları 326-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə Konqonun Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, noyabrın 9-u Şimali Kivu və İturi əyalətlərində 326 Ebola virusuna yoluxma halı qeydə alınıb, onlardan 291-i təsdiqlənib və 201 nəfər dünyasını dəyişib.