Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb

11-11-2018, 10:01           
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Abşeron sakini içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

23 yaşlı qadının dərmandan zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru