Hyustonda məktəb yaxınlığında şagird öldürülüb

14-11-2018, 07:46           
Hyustonda məktəb yaxınlığında şagird öldürülüb
ABŞ-ın Texas ştatının Hyuston şəhərində polis çərşənbə axşamı mərkəzi hissədə yerləşən məktəblərdən birinin yaxınlığında yeniyetmənin güllələnməsi ilə bağlı araşdırmaya başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, odlu silah yarası alan gənc oğlan avtomobil dayanacağında tapılıb.

O, xəstəxanaya çatdırılsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, hadisəyə şagirdlər arasında mübahisə səbəb ola bilər. Polis dayanacaq yaxınlığındakı məktəblərdən birində yoxlama aparır. Binaya giriş qadağandır. Hadisə ilə bağlı hələ ki, heç kim saxlanılmayıb.

Bundan əvvəl ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru