On üçdən çox ölkə Rusiyanın S-400 sistemlərini almaqda maraqlıdır 15-11-2018, 07:39 On üçdən çox ölkə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqda maraqlıdır.“Report” xəbər verir ki, bu barədə ABŞ-ın kəşfiyyat birliyinə istinadən CNBC kanalı məlumat yayıb.Bildirilir ki, sözügedən siyahıya Səudiyyə Ərəbistanı, Misir, Qətər, Vyetnam və digər ölkələr daxildir.Bundan əvvəl Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib. Facebook-da paylaş