Əli Həsənovla bağlı xəbərə REAKSİYA - "Tam yalan bir məlumatdır"

15-11-2018, 15:30           
Əli Həsənovla bağlı xəbərə REAKSİYA - "Tam yalan bir məlumatdır"
2018-ci il 15 noyabr tarixdə Unikal.org saytında “Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib” başlıqlı xəbər yayılıb.

DİA.AZ-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri müavinin köməkçisi Ramin Talıblı bildirir ki, həmin yazı heç bir həqiqətə uyğun olmayan, tam yalan bir məlumatdır. Həmin yazının digər xəbər portalları vasitəsi ilə də məsələnin araşdırılmadan yayılması dərin təəssüf hissi doğurur.

Belə bir faktın və mənbənin olmadığı, sadəcə kiməsə və kimlərəsə şər atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.