Virtual pullar bazarında QİYMƏTLƏR? - Bitkoin çökür 16-11-2018, 07:56 Dünyada ən populyar kriptovalyuta olan bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb.Trend-in məlumatına görə, bitkoin 5,6 min dollar ətrafında alınıb satılır."CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623 min dollar təşkil edib.Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşıb.Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək, "Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə 18,04% (428,77 dollaradək) ucuzlaşıb.Kriptovalyuta bazarının kapitallaşması hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür. Facebook-da paylaş