Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi
16-11-2018, 20:04
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb. Teref.az FHN-ə istinadən xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb.