Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb

20-11-2018, 07:07           
Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb
Siyəzən rayonunda “Kamaz” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşubr.

“Report” FHN-ə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan əvvəl Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru