Zibilyığan maşının altında qaldı: - 85 yaşlı qadının faciəli sonu

21-11-2018, 11:08           
Zibilyığan maşının altında qaldı: - 85 yaşlı qadının faciəli sonu
Şəkidə 85 yaşlı qadın faciəli şəkildə ölüb.

Open.az-ın məlumatına görə, hadisə rayonun Y. Süleymanov küçəsində baş verib. Şəki Kommunal Təsərrüfatı İstehsal Birliyində işləyən, 1973-cü il təvəllüdlü, II qrup Qarabağ əlili, İlqar Əliyev idarə etdiyi "Qaz-48321" yük maşını ilə məişət tullantıları yığarkən avtomobili arxaya idarə edib. Bu zaman məişət tullantısı atan, 1933-cü il təvəllüdlü Təyyarə İsrafilzadə avtomobilin kuzasının yan hissəsində olan dəmirə ilişərək yıxılıb və yük maşınının altında qalıb. 85 yaşlı qadın Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilərək evə buraxılıb.

T. İsrafilzadə yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanıb, müəyyən ekspertizalar təyin edilib.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru