“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə güllələndiyi araşdırılır.