Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.
Axar.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq icra başçsının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.
Xatırladaq ki, R.Məmmədov ötən ilin dekabrın 13-də Xətai İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.