Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü

29-01-2019, 10:59           
Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü
Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Orucova Türkan Sədi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.

Bildirilir ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.

Allah rəhmət eləsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru