Dünya cempionunun polis idarəsində 5 gün saxlanılması araşdırılacaq – Məhkəmə qərar verdi
22-05-2019, 20:15

Bu gün cnayət aləmində “Emin 444” və “Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş etməkdə təqsirləndirilərək saxlanılan kikboks üzrə dünya çempionu Zaur Yusifovla bağlı seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu barədə “AzPolitika.info”ya dünya çempionunun atası Əli Yusifov məlumat verib. O bildirib ki, Binəqədi Rayon Prokurorluğunda Emin Səfərovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1, 120. 2.2-ci maddələri (qəsdən adam öldürmə) ilə başlanılmış cinayət işində oğlu Zaur Yusifov əsassız yerə təqsirləndirilən şəxs kimi saxlanılıb: “Oğlumla bağlı seçilmiş həbs qətimkan tədbirindən verdiyimiz şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldı. Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətimizi təmin etmədi. Ancaq Zaur Yusifovun 5 gün Binəqədi Rayon Polis İdarəsində qanunsuz saxlanılması ilə bağlı məsəlyə münasibət bildirərək, bununla bağlı qərar qəbul etdi. Həmin halın araşdırılması Binəqədi Rayon Prokurorluğuna tapşırıldı”.
