Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər
23-05-2019, 06:29
Suriyanın Hama əyalətində terrorçular pilotsuz uçuş aparatı vasitəsi ilə elektrik stansiyasına hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında deyilir.
Məlumatda bildirilir: "Terror qruplaşmaları pilotsuz uçuş aparatı vasitəsi ilə əz-Zarada yerləşən elektrik stansiyasına hücum edərək onun texnikası və avadanlıqlarına əhəmiyyətli dərəcədə maddi zərər vurublar".