Çikaqoda "Qırmızı kitab"a düşmüş nadir qara kərgədan doğulub

24-05-2019, 07:06           
Çikaqoda "Qırmızı kitab"a düşmüş nadir qara kərgədan doğulub
ABŞ-ın Çikaqonun şəhərinin heyvanat parkında şərq qara kərgədanı doğulub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə heyvanat parkının "Twitter" səhifəsində bildirilib.

Qeyd edilir ki, Kapuki qara kərgədanının 13 yaşlı dişisi mayın 20-də bala doğub.

Şərq qara kərgədanı yox olma həddindədir. Brakonyerlər heyvanları buynuzlarına görə kütləvi şəkildə ovlayıb. Buna görə də 1970-1995-ci illərdə 2,4 min başa qədər azalıb.

2013-cü ildə qara kərgədanın yarımnövlərindən biri nəsli kəsilmiş elan edilib.

Daha əvvəl San-Diyeqoda yerləşən Safari-park (ABŞ, Kaliforniya ştatı) və Keniyanın Ol Peceta qoruğu dünyada nadir heyvan növlərindən biri olan ağ şimal kərkədanının nəslinin qorunub saxlanmasına yönələn iddialı plan işləyib hazırlayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.