"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, rayonun Müşfiq qəsəbəsində 1960-cı il təvəllüdlü Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun öldüyü məlum olub.