Cənubi Koreyada yanacaq çəni partlayıb: ölən və yaralanan var 24-05-2019, 07:09 Cənubi Koreyada hidrogen yanacaq çəninin partlaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.Trend-in məlumatına görə, hadisə Kannın şəhərində yerli vaxtla 18:22-də baş verib.Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Dağıntılar arasında adam aşkar olunmayıb. Yaralananlardan biri ağır xəsarətlər alıb.Ölən və yaralananlar digər vilayətlərdən olan sahibkar və tədqiqatçılardır. Facebook-da paylaş