Fuad Abbasovun ailəsi müraciət yaydı

24-05-2019, 01:31           
Fuad Abbasovun ailəsi müraciət yaydı
Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılıb.

Axar.az xəbər verir ki, məlumatı millət vəkili Fazil Mustafa paylaşıb. O qeyd edib ki, bu, ictimai dəstəyin nəticəsidir:

“Azərbaycan naminə fədakarlıq göstəyərən insanları xırda hisslərə aludə oluaraq tez xərcləməyə çalışmayaq, kənarda faydalı işlər görən hər bir azərbaycanlının haqqını qorumamız vacibdir ki, kimsədə ümidsizlik yaranmasın”.

Ancaq F.Mustafanın aldığı informasiyanın səhih olmadığı bildirilib. Belə ki, paylaşıma münasibət bildirən tanınmış media nümayəndələri və ictimai fəallar xəbəri təkzib ediblər. Hətta F.Abbasovun dayısının da məlumatı yalanladığı qeyd edilib.

***

Az öncə Fuad Abbasovun ailəsi jurnalistin sosial şəbəkədəki hesabından açıqlama yayıb.

Açıqlamada qeyd edilir:

“Ailəmiz hal-hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik. Bu işi araşdırdıqdan sonra yeni vəkil Rusiya Federasiyasından jurnalist Fuad Abbasovun ölkədən çıxarılması ilə bağlı məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verməyi qərara aldı. Biz bu qərarla razı deyilik. Fuad Abbasovun maraqları hüquq elmləri namizədi, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, vəkil Şərifov Teyyub Eldaroviç tərəfindən qorunacaq. Şikayət bu gün təqdim olundu”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.