Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb

24-05-2019, 16:40           
Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb
Qazaxıstanın Milli Bankı Vahid Təqaüd Yığım Fondunun (VTYF) investisiya portfelində olan Azərbaycan dövlət istiqrazlarının qalan hissəsini satıb. Bu barədə fondun saytında mayın 24-də dərc olunan hesabatda qeyd olunur.

Mart yekunlarına görə, VTYF sərəncamında Azərbaycana aid 54 milyard (244,4 milyon manat –red.) tenge məbləğində dövlət istiqrazı olub. Bütün istiqrazlar aprel ayı ərzində satılıb. Qeyd edək ki, Qazaxıstan Azərbaycan Beynəlxalq Bankının istiqrazları əvəzinə Azərbaycan dövlət istiqrazlarını əldə etdikdən sonra onları satmağa başlayıb.

VTYF 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankının 250 milyon dollar məbləğində istiqrazını almışdı. 2017-ci ilin sentyabr ayında fond onları ölkənin dövlət istiqrazlarına dəyişib. Mübadilə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası çərçivəsində baş tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.