Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi

27-05-2019, 07:15           
Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli vəzifəsindən istefa verib.

Teref.az “Report”a istinadən xəbər verir ki, Ə.Sadıqbəyli istefasını yaş həddi məhdudiyyəti ilə bağlı olduğunu açıqlayıb.



"İki ildir, rəhbərlik etdiyim Müsavat Gənclər Təşkilatının sədrliyindən istefa verdim. Müsavat Partiyasının Nizamnaməsi yaş həddinə görə bunu tələb edir. Sonuncu dəfə Müsavat Gənclər Təşkilatının Şura iclası keçirildi. İstefamı Şuraya təqdim etdim və üzvlər yekdilliklə təklifin lehinə səs verərək, məni istefaya göndərdilər.



Növbəti konfransa qədər müsavatçı gənclərə gizli səsvermə yolu ilə seçilmiş 5 nəfərdən ibarət Təşkilat Komitəsi rəhbərlik edəcək",- deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru