Rusiyada nəhəng zümrüd tapıldı - FOTO

29-05-2019, 00:04           
Rusiyada nəhəng zümrüd tapıldı - FOTO
Sverdlovsk vilayətinin Mariinsk mədənində 1,6 kiloqram çəkisi olan zümrüd tapılıb.

Tapılan zümrüd son 30 ildə aşkar edilən ən böyük tapıntıdır.

XXI əsrin ən böyük zümrüd daşı (1.6 kq) Sverdlovsk vilayətində tapılıb
Belə ki, 1990-cı ildə 2 kiloqramlıq zümrüd aşkar edilib. Bundan sonra ən böyük zümrüd 2018-ci ildə tapılıb və çəkisi 1540 qram olub.

Mariinsk mədəni Rusiyada zümrüdün yalnız mənbəyidir. Hər il bu mədəndə 150 kiloqrama yaxın qiymətli daş çıxarılır.

Mədən “Rostex” dövlət şirkətinə məxsusdur və “Mariinsk mədəni” şirkəti tərəfindən idarə edilir.

Sonuncu dəfə Mariinsk mədənində unikal zümrüd 2015-ci ildə aşkarlanıb. Onun çəkisi bir kiloqramdan bir qədər çox olub və “Qubernator zümrüdü” adını alıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.