Kişi əvvəl arvadını, sonra özünü güllələdi

1-06-2019, 22:56           
Kişi əvvəl arvadını, sonra özünü güllələdi
Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın güllələnib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qadının oğlu təcili yardım çağırıb, həkimlər hadisə yerinə gələndə qadın artıq dünyasını dəyişib.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsi və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu gəlib və cinayət işi başlanıb.

İlkin məlumata görə, təcili tibbi yardım çağıran zaman oğlu xəbər verib ki, anasını atası güllələyib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu iki güllə arvadına vurduqdan sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hazırda cinayəti törədən şəxs əməliyyat olunur.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

ONA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru