Əfqanıstanda partlayış baş verib: 8 polis əməkdaşı həlak olub 2-06-2019, 09:18 Əfqanıstanın Qazni əyalətində avtomobil partladılıb.Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb.Bildirilir ki, avtomobili terrorçu-intiharçı idarə edib. O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb. Facebook-da paylaş