Liviyada iki avtomobil partladıldı - yaralılar var

2-06-2019, 15:47           
Liviyada iki avtomobil partladıldı - yaralılar var
Liviyanın Derna şəhərində Liviya Milli Ordusunun qərargahı yaxınlığında partlayıcı maddələrlə doldurulmuş iki avtomobil partladılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Al-Arabiya" telekanalının məlumatında deyilir.

Məlumata əsasən, partlayış nəticəsində azı 18 nəfər xəsarət alıb: "Liviyanın şərqində Derna şəhərində Liviya Milli Ordusunun qərargahı yaxınlığında partlayıcı maddələrlə doldurulmuş iki avtomobilin partladılması nəticəsində azı 18 nəfər xəsarət alıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru