Azərbaycanda ötən il 1 yaşadək 1500 körpə ölüb

2-06-2019, 20:08           
Azərbaycanda ötən il 1 yaşadək 1500 körpə ölüb
2018-ci ildə Azərbaycanda 1500 nəfər 1 yaşadək körpə vəfat edib. Bunun 0,9 mini oğlan, 0,7 mini qız olub.

Unikal.org xəbər verir ki, bu barədə azvision-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il hər 1000 nəfər diri doğulanın 11,1 faizi ölüb. Körpə ölümlərinin səbəbləri perinatal dövrdə meydana çıxan hallar, anadangəlmə anomaliyalar (inkişaf qüsurları) və tənəffüs orqanlarının xəstəlikləridir.

2018-ci ildə bu xəstəliklərdən hər 100 000 nəfər diri doğulana müvafiq olaraq 72, 11, 10 körpə ölüb.

Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,8 yaş, o cümlədən oğlanlar üçün 73,3 yaş, qızlar üçün 78,2 yaş olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru