Məşhur “vor-zakon” öldü - “Lotu Quli” hərəkətə keçir

2-06-2019, 21:33           
Məşhur “vor-zakon” öldü - “Lotu Quli” hərəkətə keçir
Rusiyada azərbaycanlı avtoritet, Nadir Salifovun (Lotu Quli) rəsmi nümayəndəsi Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski adı ilə tanınan) 67 yaşında öldü.
Vaqif Kamışlovski Sverdlovsk vilayətinin şərqində uzun müddət oğru aləminin "nəzarətçi"si olub. Lent.az Rusiya mətbuatına istinadən bildirir ki, mərhumun qohumları onun nəşini Azərbaycana gətirib və burada dəfn ediblər.

Mənbələrin bildirdiyinə görə, Vaqif Kamışlovskiy son zamanlar çox xəstə olub və heç kimi tanımırmış. Ancaq yaxınları və azərbaycanlı diasporası ümid edirlərmiş ki, o, bərpa olunacaq. Bu məqsədlə hətta onun xaricdə müalicəsi üçün pul yığıblar.

Qeyd olunur ki, “Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edibmiş. Hələ apreldə “hakimiyyət”in “Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinin planlaşdırıldığı oğru “sxodka”sı polislər tərəfindən dağıdılıb. Belə ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları güc tətbiq edərək görüşün qarşısını alıblar.

Mənbənin bildirdiyinə görə, “Vaqif Kamışlovski”nin yerinə keçə biləcək namizədlər arasında “Lotu Quli”, “Aqayar Aqayev”, “Qiya Akoyev” də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru