Kanadada kiçik təyyarə qəzaya uğrayıb: üç nəfər həlak olub 3-06-2019, 06:34 Kanadanın Alberta vilayətində kiçik təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.Trend-in məlumatına görə, bu barədə "CTV" kanalı bildirib.Hadisə təyyarənin Medisin-Xet şəhər hava limanından qalxmasından sonra baş verib. Həmin təyyarə Saskaçevan vilayəti istiqamətində uçub.Təyyarə qəzasında üç nəfər həlak olub, onların şəxsiyyətləri açıqlanmır. Facebook-da paylaş