Dubayda dünyanın ən məşhur mum heykəllər muzeyi açılacaq

3-06-2019, 07:49           
Dubayda dünyanın ən məşhur mum heykəllər muzeyi açılacaq
Məşhur Madam Tüsso mum heykəllər muzeyi öz sərgi mərkəzinin Dubayda açılacağı barədə açıqlama verib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu adla dünyada tanınan muzey Yaxın Şərqdə ilk dəfə Dubayda fəaliyyət göstərəcək.

Qeyd olunur ki, muzeyin bu il Bluevater adasında açılacağı planlaşdırılır. Bu layihənin Dubayda həyata keçirilməsi barədə anons hələ 2008-ci ildə verilib, lakin onun reallaşması bir neçə dəfə təxirə salınıb.

Madam Tüsso muzeyində şəhərin sakinləri və çoxsaylı xarici turistlər dünyanın görkəmli adamlarının mum heykəlləri ilə şəkil çəkdirə və onlar barədə məlumat əldə edə biləcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.