SON DƏQİQƏ: Ordu paytaxta girib xalqa müdaxilə etdi - Ölənlər var
3-06-2019, 11:22
Sudanda ordu xalqın etiraz aksiyasına müdaxilə edib. Paytaxt Xartum şəhərində Müdafiə Nazirliyinin binası qarşısında həftələrdir dinc aksiya keçirən etirazçılara müdaxilə nəticəsində 2 nəfər ölüb. Yerli mənbələr meydanda etirazçılar tərəfindən qurulan çadırların yandığını və tez-tez silah səslərinin gəldiyini bildirir. Ordu Xartumda bir çox küçəni bağlayıb./Publika