13 yaşlı uşaq sərnişinlərə ölüm qorxusu yaşatdı – Qırıcılar havaya qalxdı

3-06-2019, 16:38           
13 yaşlı uşaq sərnişinlərə ölüm qorxusu yaşatdı – Qırıcılar havaya qalxdı
Sinqapurda 13 yaşlı sərnişinin “bomba zarafatı” hərbi hava qüvvələrini hərəkətə keçirib.

Teref.az BBC-yə istinadən xəbər verir ki, yeniyetmə Filippindən Sinqapura uçan sərnişin təyyarəsinə bomba qoyulduğu barədə polisə məlumat verib. Nəticədə ordu qüvvələri dərhal iki qırıcını havaya qaldırıb.

Göyərtəsində 144 sərnişinin olduğu layner hərbi təyyarələrin müşayəti ilə hava limanına enib. Axtarışlar zamanı təyyarədə partlayıcı qurğuya rast gəlinməyib. Yeniyetmə zarafat etdiyini etiraf edib. O polis nəzarətinə götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru